Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi festivalda iştirak edib  
04.06.2024 15:39
Bakı Kristal Zalında 1-2 iyun 2024-cü ildə beynəlxalq oyun festivalı keçirilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) festivalda “Sağlam həyat tərzi seç!” guşəsi ilə iştirak edib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, İSİM tərəfindən hazırlanaraq əhalinin istifadəsinə verilən “Burla Xatun”, “Sağlam uşaq”, “Sağlam qida”, “Tütündən imtina et” və digər mobil tətbiqlər, marifləndirici kompüter oyunları, çap materialları və s.vəsaitlər çoxsaylı iştirakçılara təqdim olunub. Müxtəlif dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar innovativ layihələri, stendləri ilə festivalda təmsil edilib.
 
İSİM tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi barədə ziyarətçilərə ətraflı məlumat verilib. Portalda təqdim olunan maarifləndirici kompüter oyunları və videolar məktəblilər və valideynləri tərəfindən maraqla qarşılanıb.
 
Qeyd edək ki, GameSummit Summer-2024 Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük hadisəyə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir oyun yaradıcılarına, müstəqil tərtibatçılara istedadlarını nümayiş etdirmək və peşəkarlarla, məşhur oyunçularla görüşmək, əlaqə qurmaq imkanı yaradır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır