Azərbaycan APACRS və CSCRS-in toplantılarında təmsil olunub
04.06.2024 17:16
Çinin Çendu şəhərində Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyasının (APACRS) 36-cı illik toplantısı və CSCRS-in 24-cü toplantısı keçirilib.
 
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən Aztibb.az-a verilən məlumata görə, toplantının açılış mərasimi Çendu şəhərindəki ‘’Century City’’ Beynəlxalq Konqres Mərkəzində baş tutub.
 
Üç gün davam edən konfransda ölkəmizi Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, ATU-nun Oftalmologiya kafedrasının dosenti Hafiz Qəhrəmanov, Göyçay rayonunun həkimləri Nurməmməd Nuriyev və Şəfaqət İmranova təmsil ediblər.
 
24-cü CSCRS (Çin Katarakt və Refraktiv Cərrahiyyə Cəmiyyəti) ilə birgə təşkil edilən 36-cı APACRS görüşündə dünyanın bir çox ölkələrindən gələn alim oftalmoloqlar və tədqiqatçılar öz sahələrində olan ən son elmi nailiyyətləri müzakirə ediblər.
 
Qeyd edək ki, APACRS-in il üzrə bütün fəaliyyətini nümayiş etmək üçün Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində illik konfranslar həyata keçirilir. Cəmiyyətin illik toplantısında Asiya-Sakit Okean bölgəsindəki həkimlər üçün uyğunlaşdırılmış və müvafiq olaraq diqqətlə hazırlanmış elmi proqram təqdim olunur. Proqrama dünyanın hər yerindən yüksək səviyyəli təqdim olunan mühim təcrübə materialları daxildir. Burada oftalmologiyada olan son elmi yeniliklər, təcrübələr və tədqiqatlar nümayiş edilir.
 
APACRS illik toplantısı katarakt və refraktiv cərrahiyyə üzrə ən mühim regional görüşə və qlobal oftalmoloji təqvimdə ən mühim təhsil tədbirlərindən birinə çevrilib. Bu və digər fəaliyyətlər vasitəsilə APACRS dünya əhalisinin yarısından çoxunun katarakta və refraktiv cərrahiyyə ehtiyaclarına xidmət etmək üçün onları dünyanın başqa yerlərindən olan beynəlxalq tərəfdaşlarla bir araya gətirərək, regionun ən görkəmli yerli təşkilatları ilə sıx əməkdaşlıqda işləməyə davam edir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır