Dünya şöhrətli alim Əziz Səncər Azərbaycan Dövlət İqtisad Universitetində olub
04.06.2024 11:12

Ölkəmizdə səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Əziz Səncər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC-dən Aztibb.az-a bildirilib ki, Nobel mükafatçısı universitetdə yaradılmış Əziz Səncər adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüşüb. O, təəssüratlarını bölüşərək deyib: “Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olmuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”.

 

Tədqiqatçılar professor Əziz Səncərlə görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünyaşöhrətli türk alimə elm, təhsil və tədqiqatla bağlı suallarını ünvanlayıblar.

 

Nobel mükafatçısı sualları cavablandırdıqdan sonra özünün “Əziz Səncərin kalemində hayatı və bilimi” kitabını imzalayaraq UNEC-ə hədiyyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev