Otorinolarinqoloqların Avrasiya Assambleyasının 10 illiyi qeyd olunub  
04.06.2024 15:02

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) dəstəyi ilə otorinolarinqologiya, onkologiya, plastik və üz-çənə cərrahiyyəsi, surdologiya ixtisaslarının aktual problemlərini əhatə edən Otorinolarinqoloqların Avrasiya assambleyasının 10 illiyinə həsr olunmuş beynəlxalq yubiley konqresi keçirilib. 

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, "Xəzri” istirahət və sağlamlıq mərkəzində düzənlənən konqresdə Avropa, Türkiyə, Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri iştirak ediblər. 

 

ATU-nun Otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahianın sözlərinə görə, otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi, onkologiya, neyrocərrahiyyə, üz-çənə, plastik cərrahiyyə, surdologiya, səhiyyənin təşkili ixtisasları üzrə 100-ə yaxın xarici, 150-dən çox yerli mütəxəssisin qatıldığı konfransda müasir protokollara cavab verən tibbi yeniliklərə dair müzakirələr aparılıb. Belə ki, tibbi yeniliklərin mənimsənilməsi və təcrübə mübadiləsi, burunun funksional və estetik problemlərinin həllində yeni üfüqlərin hədəflənməsi, həmçinin baş-boyun nahiyyəsinin şişlərində və hərbi travmalarında, bu və digər səbəblərdən eşitmə qabiliyyəti məhdudiyyətlərində tətbiq olunan müasir müalicə üsullarının müzakirəsi maraqla qarşılanıb.

 

Konqresə DIN-in Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin rəisi, tibb elmləri doktoru Kamil Yusifov sədrlik edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq kredit balı ilə akkreditasiya edilən 2 günlük zəngin elmi proqramın iştirakçıları Xəzər dənizinin füsünkar mənzərəsi ilə təmasda olaraq mənəvi istirahətə də vaxt ayıra biliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır