Sevinc Kərimova II Azərbaycan-Türkiyə Dermatoveneroloqlar Konqresində iştirak edib  
04.06.2024 17:54
Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova 31 may – 2 iyun 2024-cü il tarixlərində Azərbaycan Dermatovenerologiya Assosiasiyası və Avrasiya Dermatologiya və Venerologiya Akademiyasının Assosiasiyası tərəfindən Bakıda keçirilən II Azərbaycan-Türkiyə Dermatoveneroloqlar Konqresində iştirak edib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, konqresdə Türkiyədən və Azərbaycandan olan, dermatovenerologiya və dermatokosmetologiya sahəsində aparıcı mütəxəssislər çıxış ediblər, bu sahədə aktual mövzularda kurslar təşkil edilib.
 
Konqresin ilk günündə Türkiyə və Azərbaycan alimləri tərəfindən master klasslar təqdim olunub, 2-ci və 3-cü günlər ümumi dermatologiya, saç xəstəlikləri, psoriaz, atopic dermatit, tibbi kosmetologiya və estetik təbabət, dərinin infeksion xəstəlikləri, dermatoonkologiya, dermatoskopiya, tibbi kosmetologiya, estetik təbabət və digər mövzulara dair məruzələr dinlənilib.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Konqresdə Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimovaya iştirak sertifikatı təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır