Yoluxma hallarındakı artım qışın daha çətin olacağı deməkdir - Hande Harmancı
09.11.2020 11:24

Biz xəstəxanalardakı çarpayıları ehtiyacı olanlara saxlamaq üçün COVID-19 xəstəliyini daha ciddi qəbul etməliyik.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, Avropanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da yoluxma hallarında artım müşahidə edilir. Bu, qış fəslinin bizim üçün daha çətin keçəcəyi deməkdir.

 
H.Harmancı qeyd edib ki, hazırda koronavirusa yoluxma hallarının sayında artım bütün dünyada müşahidə olunur. Bu halın yaranmasının əsas səbəblərindən biri payız mövsümünün gəlməsi, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir. Bununla yanaşı, insanların maskadan istifadə etməməsi, kütləvi şəkildə toplaşması da artıma səbəb olur:

 

"Biz yalnız geriyə baxaraq bu artım hallarının dalğa olub-olmadığını müəyyənləşdirə biləcəyik. Neçənci dalğa olmasından asılı olmayaraq, maskadan düzgün istifadə daxil olmaqla, fiziki məsafə, əl və tənəffüs gigiyenası qaydalarına diqqətlə əməl etməliyik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır