Nobel mükafatı laureatı Əziz Sancar Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub  
31.05.2024 16:50

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar Molekulyar Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) olub.

 

Aztibb.az xəbər verir ki, görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, eləcə də MBBİ-nin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə Nobel mükafatı laureatı Əziz Sancar institutun müasir avadanlıqlarla təchiz olunmuş Genomun quruluşu və ekspressiyası, Hüceyrənin membran sistemləri, Bioadaptasiya və Populyasiya genomiksi laboratoriyalarında aparılan elmi işlərlə, həmçinin akademik Cəlal Əliyevin kitabxanası və iş otağı ilə tanış olub.

 

Akademik İradə Hüseynova qonağa rəhbərlik etdiyi institutun yaranma və inkişaf tarixi, strukturu, burada aparılan tədqiqat işləri, əldə olunan uğurlar, hazırlanan kadr potensialı, müəssisənin beynəlxalq əlaqələri və qrant layihələrində iştirakı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaranması və əsaslı inkişaf etdirilməsi akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Cəlal Əliyevin yaratdığı ənənəyə uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərin elmi fəaliyyəti və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. 

 

İnstitut direktoru Əziz Sancar yaradıcılığının bu elm ocağında xüsusi yeri olduğunu vurğulayıb, dünya şöhrətli alimi MBBİ-də görməkdən böyük fəxr hissi keçirdiyini deyib.

 

MBBİ-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı institutun kadr potensialını, burada elmi-tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

O, Nobel mükafatını qazanmasına səbəb olan DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsinin əsaslarından danışıb. Əziz Sancar Nobel mükafatının əldə olunması istiqamətində təcrübələrini MBBİ alimləri ilə bölüşüb.

 

Sonda o, institutun “Xatirələr kitabı”na ürək sözlərini yazaraq, MBBİ-nin gənc əməkdaşlarının genetika sahəsindəki tədqiqatlarının Azərbaycanda və ümumilikdə Türk dünyasında insanlığa faydalı olacağına inamını bildirib.

 

Nobel mükafatçısı müəllifi olduğu “Hayatı və bilimi” adlı kitabını MBBİ-yə hədiyyə edib.

 

Qeyd edək ki, Türk dünyasının elm fədaisi Əziz Sancar Azərbaycana AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə gəlib. Alim iyunun 6-dək davam edəcək səfəri müddətində AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, həmçinin bir sıra müəssisələrdə görüşlər keçirəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev