ATU-nun professoru FHN-nin əməkdaşları üçün mühazirə oxuyub
31.05.2024 13:20

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzində seminar keçirilib. Seminarda FHN-nin Tibb Xidməti və Tibb Mərkəzinin əməkdaşları üçün Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru Musa Ələkbərov  "Stasionar yardımın planlaşdırılması və təşkili” mövzusunda mühazirə oxuyub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, professor toxunduğu mövzunun aktuallığına diqqəti çəkərək, seminarın keçirilməsinin səbəbini Tibb Xidməti rəhbərliyinin 30 aprel 2024-cü il tarixldə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə ünvanladığı müraciətlə əlaqədar olması ilə izah edib.

 

Natiq mühazirə zamanı səhiyyədə planlaşdırmanın əsas prinsipləri, planlaşdırmanın üsulları, təsnifatı və plan düzgün tərtib olunmadığı təqdirdə neqativ halların təzahürləri barədə iştirakçıları ətraflı məlumatlandırıb.

 

Mühazirə müvafiq qurumun əməkdaşları tərəfindən maraqla dinlənilib və sonda mövzu ətrafında disput keçirilib.

 

Onu da qeyd edək ki, yaxın günlərdə müvafiq qurumun nəzdində stasionar yardım göstərəcək tibb müəssisəsinin açılması da planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama