Britaniyada çirklənmiş qan qalmaqalının qurbanları hökumətə qarşı ikinci iddia qaldırıb
28.05.2024 12:25

Qanköçürmə nəticəsində HİV və hepatitə yoluxmuş britaniyalılar Böyük Britaniya hökumətinə qarşı ikinci iddianı qaldırıblar.

Aztibb.az xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti yazıb.

Jurnalistlər qeyd ediblər ki, köhnə məhkəmə prosesi 2018-ci ildə dayandırılıb, lakin əlli il əvvəl baş vermiş geniş miqyaslı infeksiya ilə bağlı araşdırmanın nəticələrinə dair dərc edilmiş müstəqil hesabat sayəsində onun davam etdirilməsi lazım gəlib. Hesabatda bildirilirdi ki, Böyük Britaniya səlahiyyətliləri infeksiyaların kütləvi xarakterini tanımır və vaxtında müvafiq tədbirlər görmür.

Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində 30 minə yaxın britaniyalı qanköçürmə yolu ilə HİV və hepatit C-yə yoluxmuşdu. Baş nazir Rişi Sunak bu qalmaqalda səlahiyyətlilərin hərəkətsizliyinə görə vətəndaşlardan üzr istəyib. Daha sonra Böyük Britaniya hökuməti qalmaqalın qurbanlarının 2,6 milyon funt-sterlinqə (təxminən 300 milyon rubl) qədər təzminat ala biləcəklərini açıqlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev