Slovakiyada koronavirusa qarşı kütləvi testlər aparılacaq
08.11.2020 20:21

Slovakiyada əhali mütəmadi olaraq koronavirusa qarşı antigen testlərindən keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, Slovakiyanın Baş naziri İqor Matoviç bu addımı ümumölkə karantinindən yayınmaq üçün ən yaxşı alternativ kimi dəyərləndirib. İ.Matoviç “Dennik N“ qəzetinə verdiyi müsahibədə bildirib ki, milyonlarla insanı işsiz qoyaraq və mağazaları bağlı saxlayaraq bütün Slovakiyanı lokdauna göndərməkdənsə, həftədə bir dəfə ölkədə bütün əhalini testdən keçirmək daha məqsədəuyğundur.

 

Qeyd edək ki, ötən həftəsonu ilk dəfə və noyabrın 7-8-də ikinci dəfə Slovakiyada bütün əhali koronavirusa qarşı antigen testlərinə cəlb edilib. İlk mərhələdə 38 min insanın test nəticələri müsbət olub və həmin insanlar karantinə alınıb. Baş nazir bildirib ki, virusun əlamətlərini büruzə verməyən bu insanlar ümumölkə testlərinə cəlb olunmasaydılar, ölkədə virusun daha da sürətlə yayılması baş verəcəkdi.

 

Hazırda Slovakiyada koronavirusa gündəlik yoluxma səviyyəsi 2000-2500 arasında dəyişir. Hökumət Avropada ilk və yeganə üsulla ölkədəki yoluxmanın səviyyəsini aşağı salacağına və ölkə iqtisadiyyatını ağır karantindən qoruyacağına ümid edir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub