“Həkimlərimizi tanıyaq!” rubrikası: Uzman pediatr Telman Aytayev
29.05.2024 09:52
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr, neonatoloq-reanimatoloq Telman Aytayevi təqdim edirik. 
O, 2004-cü ildə Türkiyə Atatürk Universitetinin Tibb fakültəsini bitirib, 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin pediatriya bölməsində təhsilini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsini uzman pediatr kimi təhsil alıb. 
 
Telman Aytayev 2010-2012-ci illərdə Ərzincan Dövlət Xəstəxanası və Ərzincan Universitetində uzman pediatr, 2012-2015-ci illərdə özəl tibb müəssisələrində, 2015-2017-ci illərdə Necmettin Erbakan Universitetində Meran Tibb Fakültəsində Pediatriya bölümünün Neonatologiya şöbəsində uzman pediatr kimi fəaliyyət göstərib. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi vəzifəsində çalışır.
 
Həkim Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində sağlam uşaq təqibi, uşaqlarda peyvəndlərin aparılması, uşaqlarda qaraciyər transplantasiyasından əvvəl və sonra təqibin edilməsi, infeksion xəstəliklərin diaqnozu və müalicəsi, az çəkili və ya vaxtından erkən doğulmuş uşaqların müalicəsi və təqibini, uşaqlarda allergiya xəstəliklərinin diaqnozu və müalicəsini həyata keçirir.
 
O, üzərində daim çalışır, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edir, bilik və təcrübəsini artıraraq öz fəaliyyətində tətbiq edir. Telman Aytayev 2018-ci ildə Türkiyənin Belek bölgəsində 11-ci Beynəlxalq Uşaq İnfeksion xəstəlikləri konqresində, 2018-ci ildə 62-ci Türkiyə Milli Pediatriya konqresində və 2019-cu ildə Niderlandın Mastriçt şəhərində Avropa Neonatoloji Cəmiyyətinin 3-cü konqresində, 2022-ci ildə Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasının Girnə şəhərində keçirilən 66-cı Milli Pediatriya konqresində iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır