Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib
08.11.2020 19:34

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 

 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib: “Prezidentin elan etdiyi qələbə xəbəri vətəndaşlarımızda bayram ovqatı yaradıb və onlar bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə axışıb. Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir”.

 

Müraciətdə o da bildirilir ki, ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub: “Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək saat 21:00-dan evlərini tərk etməmələrini xahiş edirik”, - deyə qurumun müraciətində qeyd edilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər