Ulu Öndər Heydər Əliyev Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirib  
24.05.2024 14:06

Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə ekologiya siyasətinə də xüsusi diqqət yetirmiş, təbii sərvətlərdən səmərəli istifadə, ətraf aləmin mühafizəsi, eləcə də biomüxtəlifliyin qorunması istiqamətində böyük yaşıllaşdırma proqramları həyata keçirmiş, həmçinin tullantıların sənaye üsulu ilə təkrar emalına nail olmuşdur.

 

Aztibb.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

 

AMEA rəhbəri Ulu Öndər Heydər Əliyevin öz universal baxışları və zəngin fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində nadir şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edib ki, Ümummilli Lider hələ Sovet hakimiyyəti illərində SSRİ rəhbərliyinin beynəlmiləlçilik siyasətinə qarşı respublikada Azərbaycançılıq ideologiyasını həyata keçirməyə başlamış, xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamışdır.

 

Ümummilli Liderin respublikamızın flora və faunasının qorunmasında mühüm xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli dahi rəhbərin təşəbbüsü ilə hələ SSRİ illərində ölkəmizdə qoruq və yasaqlıqların bərpa olunduğunu, yenilərinin salındığını, ölkəmizin flora və fauna genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edildiyini diqqətə çatdırıb.

 

Akademik İsa Həbibbəyli müstəqillik illərində isə Ulu Öndərin Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, milli parkların salınması, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.

 

AMEA rəhbəri “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin ekologiya ilə bağlı siyasətinin alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları işığında yenidən cəmiyyətimizdə təbliğ olunduğunu deyib. Diqqətə çatdırıb ki, “Heydər Əliyev İli”ndə AMEA-da ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq və onun adı ilə bağlı olan yaşıllaşdırma ənənəsini inkişaf etdirmək məqsədilə Nadir ağaclar parkı salınıb.

 

Ulu Öndər Heydər Əliyevin ideyalarının müasir dövrdə Prezident İlham Əliyev tərəfindən milli və dövlətçilik maraqlarımız qorunaraq daha da inkişaf etdirildiyini deyən AMEA rəhbəri bu gün Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edərək dünyada söz sahibi ölkələrdən birinə çevrildiyini bildirib.

 

Qeyd edib ki, dövlət başçısının Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr həyata keçirilir.

 

Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə öndə gedən dövlətlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevə və Azərbaycana böyük hörmət və etimadının bariz göstəricisidir.

 

Akademik İsa Həbibbəyli çıxışının sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını 23 may peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev