“Ən qədim və ən nadir tibb əlyazmaları” sərgisi nümayiş olunub
24.05.2024 12:11

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında “Ən qədim və ən nadir tibb əlyazmaları” adlı sərgi nümayiş olunub.

 

Aztibb.az-a AMEA-dan verilən xəbərə görə, “Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində təqdim olunan sərgini institutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova və həmin şöbənin baş mütəxəssisi Əsmər Hümbətli hazırlayıblar.

 

Sərgini AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Əl-Fərabi adına Qazax Milli Universitetinin “Yazılı Abidələr və Mənəvi İrs” Araşdırmalar Mərkəzinin direktoru, professor Zibeydə Şadkam və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” Dövlət Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, tarix elmləri namizədi Nurlan Seydin açıblar.

 

Açılış mərasimində ölkəmizin və Qazaxıstan Respublikasının aparıcı elmi-tədqiqat müəssisələrinin görkəmli alim və mütəxəssisləri iştirak edib, burada nümayiş olunan ümumilikdə 60-a yaxın eksponatla tanış olublar.

 

Dosent Nigar Babaxanovanın təqdim etdiyi sərgidə UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reystrinə daxil edilmiş tibbə dair 3 əlyazma abidəsi - Rüstəm Cürcaninin “Zəxireyi – Nizamşahi”, Əbu Əli Ibn Sinanın “Əl qanun fit tibb”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasin” əsərləri, adı qeyd olunan müəlliflərin rəsmləri, onların əsərlərinə çəkilmiş illüstrasiyalar, Orta əsrlər tibb və farmakologiya tarixinə dair əsərlərin, o cümlədən Məhəmməd Yusif Şirvani, Nəsrəddin Tusi, Nüsrət Əfəndi, Məhəmməd Füzuli və digər İslam Şərqi intibahının görkəmli nümayəndələrinin tibb elminə dair əsərlərinin nadir nüsxələri, o cümlədən XVI əsrdə Qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə alınmış “Dəstur əl-ilac (Şəfa ənənələri)” adlı traktatının əlyazması ilk dəfə geniş elmi ictimaiyyətə təqdim olunub.

 

Sərgidə, həmçinin görkəmli maarifçi yazıçı, həkim və dövlət xadimi Nəriman Nərimanovun tibb elminin müxtəlif sahələrinə dair əsərləri: “Tibb və İslam”, “İnsan bədəni və onun yemi”, “Təbabətə aid risalə” adlı kitablarının ilk çap nüsxələri, Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - həkim, rəssam, şair, tənqidçi, tərcüməçi Əli bəy Hüseynzadənin Balkan müharibəsində Qızıl Hilal cəmiyyətinin üzvü kimi həkimlik fəaliyyətini əks etdirən foto-sənəd və Əlyazmalar İnstitutunun əməkdaşlarının tibbə dair əlyazmalar əsasında apardığı tədqiqatlar, institutun fondunda mühafizə olunan tibb və farmakologiyaya aid əlyazmaların toplu kataloqu və mövzuya dair digər kitablar nümayiş olunub.

 

Sərgi tamaşaçıların və mütəxəssislərin böyük marağına səbəb olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev