Sağlam həyat tərzi və arzuolunmaz hamiləlikdən qorunma üsulları ilə bağlı müzakirələr aparılıb  
24.05.2024 11:14
Balakən Rayon Mədəniyyət Mərkəzində ''Sağlam həyat tərzinə gənc yaşlarda vərdiş edək'' və ''Abortlardan kontrasepsiya ilə qurtulaq'' mövzularında dəyirmi masa keçirilib.
 
Bu barədə Aztibb.az-a Balakən Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
 
İlk öncə Xəstəxananın ASM bölməsinin həkim-ginekoloqu Lalə Tinayeva arzuolunmaz hamiləlikdən qorunma üsulları haqqında məlumat verib. O, kontrasepsiyanı və onun növlərini izah edib.
 
Daha sonra Qazma həkim məntəqəsinin həkim-terapevt Pəri Əzizova sağlam həyat tərzinə gənc yaşlarda vərdiş edək mövzusunda çıxış edib. Bildirib ki, sağlam həyat tərzi insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzidir. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik, psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir.
 
Diqqətə çatdırılıb ki, həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir. Gənclikdə formalaşmış vərdişlər çox vaxt yetkinlik dövründə də davam edir.
 
Hər iki çıxışdan sonra mövzular ətrafında dəyirmi masa iştirakçılarının suallarına aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır