Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb  
23.05.2024 12:03

Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.

Aztibb.az YTP-yə istinadən xəbər verir ki, YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “Azcosmetics Group” MMC tərəfindən “Miss sea” adı altında test rejimində məhsullar istehsal edilir. Yaxın iki ay ərzində isə “Lady star” adı altında məhsul istehsalına başlanılacaq.

 

Şirkət sonrakı mərhələdə saç və üzə qulluq vasitələri (şampun, balzam, sabun, üz kremi və s.) də istehsal etməyi nəzərdə tutur.

Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.

Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.


Şirkətin əsas hədəfi ay ərzində 1 milyon ədəd saç boyası istehsal etməkdir.

 

“AZCOSMETICS GROUP” MMC-nin direktoru bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında sifarişləri müəyyən edildikdən sonra istehsal həcmini daha dəqiq biləcəklər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev