Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı rentgenoloqu - Natalya Astraxanseva
23.05.2024 17:05
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtisaslı rentgenoloqu Natalya Astraxansevanı təqdim edirik.
 
O, 1996-cı ildə Həştərxan Dövlət Tibb Akademiyasının Pediatriya fakültəsini bitirib, 1996-1997-ci ildə Həştərxan Dövlət Tibb Akademiyasında pediatriya üzrə internatura keçib. 2001, 2013 və 2019-cu illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib. 2013-cü və 2019-cu illərdə həkimlərin sertifikatlaşdırılması imtahanını uğurla keçərək şüa diaqnostikası üzrə həkim kimi ixtisaslaşıb.
 
Natalya Astraxanseva 2000-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-rentgenoloq vəzifəsində çalışıb. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-rentgenoloq kimi fəaliyyət göstərir.
 
Həkim  Mərkəzi Gömrük Hospitalında bütün rentgen tədqiqatların aparılmasını, bir çox orqan və sistem xəstəliklərinin diaqnostikasını, fistuloqrafiya, döş qəfəsi orqanları, sümük və oynaq R-patologiya, İVP, adenoidin mövcudluğu və dərəcəsi, sinusit və digər müayinələri həyata keçirir. 
 
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev