BDU-da Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən tibbi aksiya keçirilir  
17.05.2024 10:37

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Bakı Dövlət Universitetində (BDU) ikigünlük tibbi aksiya keçirir.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd universitetin tələbə və müəllim heyətinə tibbi xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

 

Aksiya mayın 17-də də gün ərzində davam edəcək.

 

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən paytaxtda və ölkənin müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün səyyar aksiyalar keçirilir. Mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün vacibdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib