“Səhiyyə könüllüsü sıralarına sən də qoşul” adlı layihəyə start verilib  
16.05.2024 14:33
“Səhiyyə könüllüsü sıralarına sən də qoşul” adlı layihəyə start verilib.
 
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, layihənin təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə səhiyyə sistemində aparılan uğurlu islahatların bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik.
 
Ötən müddətdə könüllülərin fəaliyyəti, bu sahədə qazanılan uğurlarla bağlı çıxış edən Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-in əməkdaşı Alim Ağayev qeyd edib ki, son dövrlər Naxçıvan səhiyyəsində tətbiq edilən yeniliklər, həyata keçirilən islahatlar sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Ölkə başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlər yer alıb.
 
Könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək üçün nəzərdə tutulan “Səhiyyə könüllüsü sıralarına sən də qoşul” adlı yeni layihə haqqında ətraflı məlumat verən Naxçıvan MR Səhiyyə Nazirliyinin nümayəndəsi Günəş Qədimova nazirliyin təşkilatçılığı ilə muxtar respublikada 2023-cü ilin iyun ayından ilk dəfə olaraq səhiyyə könüllülərinin fəaliyyətə başladığını deyib. Bildirilib ki, gənclərin sosial problemlərinin həllinə kömək etməklə yanaşı, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi onların dəyərli biliklər, yeni bacarıqlar qazanmaları üçün yeni bir könüllülük layihəsinə start verilir.
 
Tədbirin yekununda könüllüləri maraqlandıran suallar cavablandırılıb, təqdimat və videoçarxlar nümayiş olunub.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır