Şuşaya yola salınan növbəti köç karvanını təcili yardım avtomobilləri müşayiət edib
15.05.2024 10:12
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə yola salınan növbəti köç karvanını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşları müşayiət ediblər.
Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.
Respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.
Şuşaya qayıdan ailələrin tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq yolboyu köç karvanını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları müşayiət ediblər.
Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərə köçürülən əhali müvafiq tibb mütəxəssisləri tərəfindən müayinələrdən keçirilib.
Tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Abşeron, Bərdə, Ağcabədi, Qax, Qəbələ Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.
İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün ixtisaslı həkim-mütəxəssislər tərəfindən, o cümlədən kliniki-laborator, instrumental müayinələr təşkil edilib.
Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən icbari tibbi sığorta hesabına ödənişsiz əsaslarla icra olunur.
Müayinələrin aparılmasında əsas məqsəd köçürülən əhalinin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
Xatırladaq ki, Şuşaya ilk köç karvanı 10 may tarixində yola salınıb, köç edən 20 ailəni (88 nəfər) təcili yardım briqadaları müşayiət edib və köç edən ailələrdən 10 nəfərə yaranmış zərurətə uyğun tibbi xidmətlər göstərilib.
Bu bölməyə aid digər xəbərlər
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

