İqlim dəyişikliklərinə dair seminar təşkil edilib  
14.05.2024 15:48

Azərbaycan Tibb Universitetində (ATU) “İqlim dəyişmələri kontekstində səhiyyə və gender məsələləri’’ mövzusunda seminar keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti və bu il respublikamızda keçiriləcək COP29 konfransının əsas məqsədindən bəhs edib.

Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, dos. Fuad Hümbətov iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılması üçün mübarizə yollarından, müasir dünyada bu məsələlərə yanaşmalardan söz açıb.

 

Daha sonra Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən “Qlobal iqlim dəyişmələrinə qarşı mübarizə prioritetləri və Bakıda keçiriləcək COP29-a hazırlıq işləri”, “İqlim dəyişmələrinə uyğunlaşmada dayanıqlı gender bərabərliyi”, “İqlim dəyişmələrinin insan sağlamlığına təsiri”, “İqlim dəyişmələrinin insan psixologiyasına təsiri və panik atak” mövzularında təqdimatlar dinlənilib.

 

Seminarda Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, dos. Fuad Hümbətov, İqlim dəyişmələri mərkəzinin direktoru Sevinc Əhmədova, məsləhətçisi Nigar Mirkamilli və aparıcı mütəxəssisi Gülçin Əliyeva məruzələrdən sonra iştirakçıların suallarını cavablandırıblar.

 

Sonda Milli Hidrometeorologiya Xidməti sual-cavab sessiyasında aktiv iştirak edən tələbələrə təşəkkürnamələr və ATU-nun rəhbərliyinə hava sertifikatlarını təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır