ATUREK-12-nin qaliblərinə diplomlar təqdim olunub  
14.05.2024 14:53

Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş ATUREK-12 - rezidentlərin və magistrantların elmi-təcrübi konfransı zamanı uğurlu çıxışları ilə fərqlənən rezident və magistrantlara diplomlar təqdim olunub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qalibləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Rektor bildirib ki, builki konfransla bağlı ictimai rəy, müxtəlif baza rəhbərləri tərəfindən səsləndirilmiş fikirlər, eləcə də iştirakçıların sayı və elmi məqalələrin səviyyəsi bir daha təsdiq edib ki, “ATUREK” brendi ildən-ilə inkişaf edir və daha çox tanınır: “Əminəm ki, gələcək konfranslarda nəinki digər bazaların, həmçinin başqa universitetlərin mütəxəssisləri, rezidentləri də iştirak edəcəklər. Sizləri belə həvəsli, istəkli görmək çox sevindiricidir. Hamımız bilirik ki, həkimlik fəaliyyətində elmi istiqamət çox önəmlidir. Günümüzdə elmi araşdırma, elmi təhlil qabiliyyəti olmadan yaxşı tibb işçisi olmaq mümkün deyil.

 

Tədbirdə 40 nəfər rezident və magistranta diplomlar təqdim olunub.

 

Qeyd edək ki, ATUREK-12 konfransının elmi hissəsi öz işini 9 panel üzrə davam etdirib. Konfransa 200-ə yaxın tezis təqdim olunub, ümumilikdə 127 məruzə dinlənilib. Hazırda ATU-da 54 rezidentura və 9 magistratura ixtisası üzrə 70 nəfəri əcnəbi olmaqla 700 nəfər rezidentura pilləsində, 4 nəfəri əcnəbi olmaqla 119 nəfər magistratura pilləsində təhsil alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır