Qəzzada Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 500 tibb işçisi həyatını itirib
14.05.2024 14:15

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 138-i tibb bacısı olmaqla, 500 səhiyyə işçisinin həlak olduğu bildirilir.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Qəzza zolağının Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasında tibb bacılarının təşkil etdiyi etiraz aksiyasında danışan Səhiyyə Nazirliyinin sözçüsü Halil əl-Dekran İsrailin 138 nəfər qadın tibb bacı və qardaşını öldürdüyünü deyib.

 

“Fələstin xalqının 40 mindən çox şəhid və itkin düşmüş, 70 mindən çox yaralı ilə nəticələnən dağıntı, köçkünlük, aclıq, həbs və kütləvi qətl müharibəsinə məruz qaldığını” deyən Dekran, tibb işçilərinin Fələstin xalqının ayrılmaz bir parçası olduğunu və yaralı xəstələrin canlarını qurtarmaq üçün milli və humanitar vəzifələrini yerinə yetirdiklərini ifadə edib.

 

İsrailin 500 tibb işçisini öldürdüyünü, 1500-ünü yaraladığını, 312 tibb işçisini isə həbs etdiyini bildirən Dekran, İsrailin oktyabrın 7-dən bu yana 33 xəstəxana, 53 sağlamlıq mərkəzi və 133 təcili yardım maşınını məhv etdiyini diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır