Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
14.05.2024 09:35
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibb Xidmət İdarəsi "Elmi-Təcrübi və Tədris Mərkəzi"nin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil olunan elmi seminarda iştirak edib.
 
Aztibb.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Lənkəran REM-nin foyesində 44 günlük Vətən müharibəsində AMEA-nın şəhidi, Mərkəzin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin xatirə guşəsinin önünə təzə qərənfillər qoyulub.
 
Elmi seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev bildirib ki, bu günlər müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 101 illiyi respublikamızın hər yerində, uzaq və yaxın dost ölkələrdə təntənə ilə qeyd olunur. Biz də AMEA Lənkəran Regional Elmi Mərkəzi olaraq silsilə tədbirlər keçirir və bununla Ulu Öndərə ehtiramımızı bildirməklə yanaşı, həm də onun irsini öyrənir, hədəflərimizi müəyyənləşdiririk.
 
Sonra çıxış edən Rəşad Mahmudov hazırda tariximizin ən şərəfli dövrünü yaşadığımızı deyib. O, Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi mühüm işlərdən, C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasından, sovetlər dönəmində SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətindən, doxsanıncı illərin əvvəllərində Naxçıvanda Ali Məclisin sədri işləyərkən ilk dəfə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından danışıb.
 
Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam və inkişaf etdirdiyini vurğulayan Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan dünya birliyində öz sözünü heç vaxt indiki kimi açıq, sərrast deməyib: "44 günlük Vətən müharibəsində biz tarixi ədalətsizliyi bərpa etdik. İndi fəxarətlə deyə bilərik ki, biz şərəfli tarix yaşamış qalib xalqın nümayəndələriyik".
 
Psixologiya  Elmi-Tədqiqat İnstitutunun sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov isə çıxışında qeyd edib ki, Ulu Öndərin 101 illiyi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu Azərbaycanda təntənə ilə qeyd edilir. Bunun bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci hakimiyyəti dövründə qoyulub. Həmin illərdə həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində köklü dəyişikliklər baş verib.
 
Psixoloq Elnur Rüstəmov birinci və ikinci Qarabağ müharibəsində bütün ölkə vətəndaşları kimi, Cənub bölgəsinin gənclərinin həm cəbhədə, həm də həyatımızın digər sahələrində uğurlu, fədakar iştirakından, ailə, milli-mənəvi dəyərlərimizdən söz açıb, hamının Prezident İham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.
 
Lənkəran REM-nin əməkdaşı Fəranə Mikayılova sovetlər dönəmində Ulu Öndərin göndərişi ilə anası Bəsti Hüseynovanın Gəncədə ali təhsil almasından, “Əmək rəşadətinə görə” medalını şəxsən anasına təqdim etməsindən, Heydər Əliyevin 1998-ci ildə Astaraya tarixi səfərindən, 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edib.
 
Tədbirdə “Lənkəran-Audit” MMC-nin direktoru Fəhrəddin Hüseynov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, Prezident İlham Əliyevin analoqu olmayan dövlət quruculuğu haqqında fikirlərini səsləndirib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə yüksək önəm verməsindən, Aşura, Məhəmməd Peyğəmbərin mövlüd günlərində məscidlərə getməsindən, Bibiheybət Məscidinin yeni binasının bünövrəsini qoymasından, onun ikinci hakimiyyəti illərində Azərbaycanda çoxsaylı məscidlərin tikilməsindən, möhtərəm dövlət başçısı İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən danışıb.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev