2021-2023-cü illər ərzində Azərbaycanda icbari tibbi sığorta hesabına 8153 aorta-koronar şuntlama əməliyyatı icra olunub
13.05.2024 17:48

Ürəyin işemik xəstəliyinin ən effektiv müalicə üsullarından biri aorto-koronar şuntlama əməliyyatıdır. İcbari tibbi sığorta ilə bu əməliyyat həm döyünən ürəkdə, həm də ənənəvi metodla - ürək süni qan dövranı aparatına qoşularaq aparılır.

 

Aztibb.az-a Agentlikdən verilən xəbərə görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta-koronar şuntlama əməliyyatı icra olunub. Onlardan 861-i TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, 7292-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində həyata keçirilib.

 

Ürəyin işemik xəstəliyinin diaqnozu exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), holter monitorinq, tredmil test, laborator müayinələr (troponinlərin təyini), koronaroangioqrafiya və digər müayinələr əsasında qoyulur. Qeyd edək ki, əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, HİV, B və C hepatitləri, sifilis, ExoKQ, EKQ, USM, rentgenoloji müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.  

 

Döyünən ürəkdə aparılan əməliyyat zamanı ürək və ağciyərin fəaliyyəti dayandırılmır, qan dövranı sistemi sərbəst fəaliyyət göstərir. Bu cərrahi metodun əsas üstünlüyü əməliyyatdan sonra beyin damarlarının emboliyası, ağciyər ödemi, həyati vacib orqanların hipoksiyası kimi ağırlaşma hallarının baş vermə riskini aşağı salmasıdır. Bundan başqa əməliyyat zamanı qan itkisinin az olması səbəbindən qan köçürməyə ehtiyac qalmır.

 

Süni qan dövranı aparatı ilə icra edilən əməliyyat zamanı isə ürəyin fəaliyyəti müvəqqəti dayandırılır. Ürəyin nasos funksiyasını ürək-ağciyər aparatı icra edir. Müasir dövrdə ehtiyat tədbirləri nəzərə alınmaqla bu metodun pasiyent üçün bəzi mümkün risklərin təsirləri minimuma endirilir.

 

Aorto-koronar şuntlama əməliyyatı zamanı daralmış hissədən yan keçməklə aorta ilə tac damar arasında körpü şuntu qoyulur. Şuntlama üçün pasiyentin aşağı ətraflarından alınan venoz, yuxarı ətraf və döş qəfəsi sahəsindən alınan arterial damar ürəyin tac damarlarına şunt edilərək ürəyin qidalanması bərpa edilir. Qeyd edək ki şuntlama əməliyyatında istifadə edilən arteriya və venoz damarların çıxarılması da icbari tibbi sığorta ilə qarşılanır. 

 

Əməliyyatla bağlı reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir. 

 

Aaorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta hesabına Yeni Klinikada, Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Lənkəran və Şirvan rayon mərkəzi xəstəxanalarında, eləcə də Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında icra olunur.

 

Məlumat üçün bildirək ki, ürəyin işemik xəstəliyi - ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük qabiliyyətinin pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt hərəkət edən zamanı sinədə və kürəkdə göynəmə, təngnəfəslik, sıxıntı hissindən şikayət edirlər.

 

Vaxtında müalicə olunmadıqda damarlar tam tutulur və miokard infarktı baş verir. Miokard infarktın qarşısını almaq məqsədi ilə həkim mütəxəssis tərəfindən uyğun müalicə metodu seçilir. Xəstəliyin cərrahi müalicə metodlarından biri aorto-koronar şuntlama əməliyyatıdır. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib