ÜST: COVID-19 əleyhinə peyvənd yəqin ki, digər vaksinlərdən təhlükəli olmayacaq
07.11.2020 11:34

Ölkələrin hakimiyyət orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyəndiyi COVID-19 əleyhinə peyvənd, yəqin ki, digər vaksinlərdən təhlükəli olmayacaq.

 

Bu sözləri Panamerika Səhiyyə Təşkilatının (ÜST-ün regional şöbəsi) rəhbərinin müavini Jarbas Barbosa deyib.

 

O, bildirib ki, qaydalara görə, istənilən yeni vaksin klinik sınaqların hər üç mərhələsindən keçməli və onların nəticələri ictimaiyyətə açıqlanmalıdır. Vaksinlərin ilkin mərhələdə ixtisaslaşdırılması üzrə ÜST-ün ekspert komandası COVAX (koronavirus əleyhinə Beynəlxalq Əməkdaşlıq Proqramı) Alyansından alınacaq bütün vaksinlərin keyfiyyət səviyyəsini müəyyənləşdirəcək.

 

“Yeni vaksinin bazara çıxarıldığı kütləvi vaksinasiya ərəfəsində monitorinq sistemi yaratmaq çox vacibdir. İmmunlaşdırmaya hazırlıq ölkələrlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. ÜST-də kütləvi vaksinasiya nəticələrinin monitorinqini şərti olaraq klinik sınaqların “dördüncü mərhələsi” adlandırırlar”, - deyə J.Barbosa bildirib.

 

O, həmçinin qeyd edib ki, koronavirus əleyhinə vaksinlərin üçüncü sınaq mərhələsi (klinik sınaqların son mərhələsi) 2020-ci ilin noyabr ayından 2021-ci ilin əvvəlinədək keçiriləcək. Vaksinlərin bazara çıxarılması 2021-ci ilin birinci yarısına proqnozlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır