Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə məlumatı  
08.05.2024 09:30
Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir. Vəsaitin alınması məqsədi ilə istifadəçilərə saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.
 
Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır