ATU tələbələri marafonda rekord vurub  
08.05.2024 10:02

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının dənizkənarı bulvarında “Bakı Marafonu 2024” beynəlxalq tədbiri keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

 

Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafəni əhatə edən və artıq yeddi il mütəmadi olaraq keçirilən Bakı Marafonu bədən tərbiyəsi və idmansevərlər arasında böyük ruh yüksəkliyi yaradaraq idmanın inkişafına dəstək və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

 

ATU-nun “Təbib” idman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar məşqçi Qələndər Aslanov Aztibb.az-a bildirib ki, universitetin idman klubunun atletika bölməsi üzrə məşqçi-müəllimi Şıxlı Xatirənin rəhbərliyi ilə bu il də ötən il olduğu kimi Bakı Marafonunda 150 tələbə ilə təmsil olunub. Onlardan 57 nəfəri dözümlülük nümayiş etdirərək, 21 kilometr məsafəni sona qədər qaçıb və H.Əliyev Fondunun təşkil etdiyi “Küləyə qalib gəl” şüarı altında Bakı Marafonunun medal və sertifikatlarına layiq görülüb.

 

Onun sözlərinə görə, marafonda medallar qazanan yerli tələbələrimizlə yanaşı, əcnəbi tələbələrimiz də çoxluq təşkil edib. Onlardan Türkiyə, Tükmənistan, İordaniya, Nigeriya, Hindistan, İran, Suriya, İraq, Zambiya, Uqanda, Pakistan, Fələstin vətəndaşları olan tələbələrimizi misal göstərmək olar.

 

Q.Aslanov bildirib ki, ötən illərlə müqayisədə ATU-da idmanın kütləviliyi və əldə olunan nailiyyətlərimiz ikiqat artıb. Belə ki, 2022-ci ildə 29 medal, 2023-cü ildə 33 medal qazanan tələbələrimiz, bu il 57 medal qazanıb. Bu da ATU rəhbərliyinin idman klubuna və tələbələrimizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Tələbələrimiz tədris ili ərzində “Təbib” idman klubunun təşkil etdiyi 20-dən çox müxtəlif idman növləri üzrə yarışlarda fəal iştirak edir və təcrübə toplayaraq belə yarışlarda uğurlu nəticələr əldə edirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır