Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək  
07.05.2024 17:12

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktoru Zoxid Ermatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun, eləcə də İqtisadiyyat və Maliyyə Nazirliyinin məsul şəxsləri daxildir.
 
Görüşdə səmərəli əməkdaşlıq münasibətləri, tibb müəssisələrinin fəaliyyətinə nəzarət, xəstəxana idarəolunmasında informasiya texnologiyalarının rolu, icbari tibbi sığorta sisteminin dövlət tibb müəssisələrində tətbiqi mexanizmi və qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub.
 
Keyfiyyətli tibbi yardımın təşkili, xidmət keyfiyyətinə nəzarət, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin çeşidi, maliyyə mexanizmləri barədə qonaqlara ətraflı məlumatlar təqdim olunub.
 
Görüşdə Özbəkistanda icbari tibbi sığortanın tətbiqinin hazırda bir neçə regionda həyata keçirildiyi, 2025-ci ildən isə Özbəkistanın bütün ərazisində tətbiqinin nəzərdə tutulduğu qeyd olunub. Bu baxımdan Azərbaycan təcrübəsindən yararlanmağın əhəmiyyətli ola biləcəyi vurğulanıb. Qonaqlar xəstəxana idarəolunmasının avtomatlaşdırılması üzrə də birgə əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıblar.
 
Daha sonra TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Rəqəmsal sistemlərin tətbiqi şöbəsinin baş məsləhətçisi Samir Məmmədov təqdimatla çıxış ediblər.
 
Sonda xəstəxana idarəetmə modeli, multidisiplinar xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, eləcə də Özbəkistandan olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birlikdə əməkdaşlığın qurulması qərara alınıb.
 
Nümayəndə heyəti Yeni Klinikanı da ziyarət edib və göstərilən xidmətlərlə yerində tanış olublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır