Naxçıvanda “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib
04.05.2024 19:38

AR Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, öncə qonaqlar Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxıblar. Konfrans Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq, “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvanda keçirilən silsilə tədbirlərin keçirilməsinə görə Naxçıvan Baş Gömrük İdarəsinə, Naxçıvan Səhiyyə nazirliyinə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə öz təşəkkürünü bildirib.

 

Rektor Elbrus İsayev muxtar respublikada ali təhsilin formalaşması və inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosiali-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət proqramında” universitet ali təhsilin inkişafı üçün xüsusi maddələrin olmasını ali təhsilə göstərilən xüsusi diqqətin bariz nümunəsi hesab edib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində və onun doğma Vətənində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətindən danışıb. Daha sonra Ceyhun Məmmədov bildirib: “Mərkəzi Gömrük Hospitalı ən ağır xəstələr üçün həyatda qalmağın son çıxış yolu olan orqan və toxuma transplantasiyası sahəsində öndədir.

 

Biz hər zaman çalışmışıq ki, bu sahədə ölkədə baş verən proseslərə, islahatlara, eləcə də bu sahənin digər tibb müəssisələrində də inkişafına dəstək olmaq məqsədilə müntəzəm olaraq orqan transplantasiyasına aid konfranslar, seminarlar, vebinarlar keçirək. Ölkəmizdə orqan transplantasiyası sahəsində qəbul olunmuş qanuna əsasən orqan transplantasiyası əməliyyatları zamanı meyit orqanlarından istifadə etmək mümkündür. Bunun üçün isə düzgün beyin ölümü diaqnozunun təyini zəruridir. Bugünkü konfransımızda bütün bu məsələlər müzakirə olunacaq və ümid edirəm ki, tədbir iştirakçıları üçün çox faydalı və maraqlı olacaq”.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov çıxışında bildirib ki, hər bir cəmiyyəti irəliyə aparan onun baxışıdır, düşüncəsidir, gələcəyə bağlı olan strategiyasıdır. Rəşad Mahmudov bildirib: “Naxçıvan sağlamlıq günləri” çərçivəsində həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Dövlət Universiteti ilə birlikdə Naxçıvanın səhiyyə həyatında bundan sonra da gözəl işlər görmək üçün bizə gözəl fürsətlər yaradılır. Düşünürəm ki, təmsil etdiyim qurumun bütün işçiləri bütün enerjilərindən sonuna qədər istifadə edəcəklər”.

 

Rəşad Mahmudovun və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d Yeganə Abbasova “Beyin ölümüdən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında çıxış ediblər.

 

Konfransın bağlanış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda meyitdən orqan transplantasiyası əməliyyatlarından danışıb, deyib ki, gələcəkdə bu cür əməliyyatlar olacaq və ola bilər ki, ilk əməliyyat elə Naxçıvan Respublikasında icra edilsin.

 

Konfransın əhəmiyyətini vurğulayan rəis müavini deyib: “Mən bu gün burada Naxçıvan Dövlət Universitetinin müəllimlərini, çoxlu tələbələri görürəm, hesab edirəm ki, bugünkü konfrans tədris prosesinə çox böyük təkan verəcək. Burada verilən müasir, bu günümüzə uyğun biliklər həm tələbələr, həm rezidentlər üçün, həm də müəllimlər üçün çox faydalı oldu”.

 

Çıxışının sonunda İsmayıl Əfəndiyev konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”