Yeni Klinikanın ürək-damar cərrahiyyəsi komandası tərəfindən ilk dəfə eyni anda üç əməliyyat icra olunub
29.04.2024 15:30

Yeni Klinikada ilk dəfə eyni anda bir nəfər üzərində üç əməliyyat - aorta qapaq protezlənməsi, aorta kök protezlənməsi və qalxan aorta protezlənməsi icra olunub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibbdə “Bentall-De Bono” adı verilən cərrahi əməliyyat uğurla icra edilib.

 

Təngnəfəslik şikayətləri ilə müraciət edən 1964-cü il təvəllüdlü kişi xəstədə aparılmış müayinələr zamanı aorta qapaq çatışmazlığı, aorta kök anevrizması və qalxan aorta anevrizması aşkarlanıb.

 

Ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən icra olunan əməliyyat zamanı aorta qapağı dəyişdirilib, qalxan aorta və aortanın kök hissəsi rezeksiya olunub, anevrizma ləğv edilərək koronar butonlar hazırlanıb. Həmçinin dakron protezlə aortanın kökü və qalxan aorta bərpa olunaraq koronar butonlar yeni aortaya tikilib.

 

5 saata yaxın icra olunan əməliyyatdan sonra xəstə bir gün Reanimasiya şöbəsində təqib edildikdən sonra 5 günlük stasionar müalicəyə cəlb olunub. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd edək ki, ürək-damar cərrahiyyəsi və anesteziologiya-reanimasiya komandası tərəfindən uğurla həyata keçirilən “Bentall-De Bono” əməliyyatı TƏBİB-in tabeli tibb müəssisələri arasında icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikada icra olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev