ABŞ-da yaşayan kardioloq-cərrah Şapur Ənsari Nizami Muzeyinin qonağı olub
26.04.2024 15:36

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya gələn tanınmış cərrah Şapur Ənsari Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

 

Muzeydən Aztibb.az-a verilən məlumata görə, Güney Azərbaycandan olan və ABŞ-da yaşayan soydaşımız doktor Şapur Ənsari muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb. 

 

Rafael Hüseynov qonağa Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib. Güneyli soydaşımız muzeyin Xacə Nəsirəddin Tusiyə, xüsusilə doğulduğu Marağa şəhərinin yetirməsi olan görkəmli bəstəkar və şair Əbdülqadir Marağaiyə həsr olunmuş guşələrini böyük maraqla seyr edib.

 

Qonağı  Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva müşayiət edib.

 

Doktor Şapur Ənsari söhbət əsnasında ABŞ-da yaşadığı illər ərzində Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimliyi, Azərbaycan xalqının tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb. Qonaq bu möhtəşəm ədəbiyyat xəzinəsi ilə tanışlığa görə akademik Rafael Hüseynova minnətdarlığını bildirib və özündə bütöv Azərbaycanın ədəbiyyat tarixini əks etdirən Nizami Muzeyinin mədəni sərvətlərimizin qorunması və təbliği yolundakı fəaliyyətini alqışlayıb.

 

Daha sonra o, muzeyin ekspozisiyası ilə tanış olub.

 

Doktor Şapur Ənsari öz məmnunluğunu  muzeyin “Rəy kitabı”nda yazdığı ürək sözləri ilə ifadə edib.

 

Görüşün sonunda qonağa Nizami muzeyinin nəşrləri hədiyyə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev