"Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib
24.04.2024 13:31
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”nin və Abbot şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib.
Aztibb.az-ın xəbərinə görə, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov çıxış edərək hər il dünyada 1 milyon 400 mindən çox insanın hepatit səbəbindən dünyasını dəyişdiyini, 290 milyona qədər xəstənin bu xəstəlikdən əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, bunlardan 250 mindən yuxarı hepatit B-nin payına, 40 milyondan artıq isə Hepatit C-nin payına düşür. Bu gün hepatit B-yə qarşı effektiv bir üsul var, onun profilaktikası da mövcuddur, həmçinin hepatit C-dən müalicə alaq sağalmaq da mümkündür.
İdarə rəisi Ceyhun Məmmədov Azərbaycanda bu xəstəliklə bağlı aparılan işlərə də toxunaraq qeyd edib ki, ölkəmizdə hepatitlərlə bağlı müxtəlif istiqamətlərdə işlər görülür. Belə ki, Səhiyyə Nazirliyinin nəzdində hepatitdən əziyyət çəkən xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi komissiya yaradılmışdır. Mövzu bizim üçün ona görə önəmlidir ki, Mərkəzi Gömrük Hospitalında Orqan transplantasiyası şöbəsi fəaliyyət göstərir və burada qaraciyər və böyrək transplantasiyası əməliyyatları həyata keçirilir. Bu ona görə önəmlidir ki, ən ağır xəstələr üçün orqan köçürülməsi yeganə çıxış yoludur. Sevindirici haldır ki, qaraciyər transplantasiyası bizim Hospitalda İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olub və tam ödənişsiz icra edilir.
Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov çıxış edib. O deyib: “Bu gün biz bir tibb müəssisəsi olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı hepatitlərin müalicəsində mühüm nailiyyətlər qazanıb. Hospitalın Orqan transplantasiyası şöbəsində ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin sosial tərəfdən idarəolunması prosesi tənzimlənir, artıq hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın xidmətlər zərfinə çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb müəssisələri ilə paylaşılması çox mühüm önəm daşıyır və bu iş hazırda ölkəmizdə genişlənməkdədir. Yəni hospitalın əməkdaşları bu sahədə olan təcrübəsini həm də digər müəssisələrin həkimlərinə çatdırır.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi konfrans iştirakçılarına uğurlar arzulayıb və əminliyini bildirib ki, konfransın nəticələri tədbiri həm canlı, həm də onlayn izləyən bütün həmkarlarına faydalı olacaq. Elmi konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Mərkəzi Gömrük Hospitalının həkimləri - t.ü.f.d. Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Hipoturenal sindrom” və həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası sonrası infeksiyalar”, eləcə də İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin Bakı Filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Gülnarə Ağayeva “Viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər iştirak ediblər.
Tədbir 4 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

