Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
22.04.2024 14:26

 

Aprelin 22-də ATU-nun Oftalmologiya kafedrasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Zərif ömür” filmi nümayiş etdirilib.

 

Daha sonra kafedranın müdiri, professor Paşa Musayev (Qəlbinur) hər il 28 aprel ərəfəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bu cür konfransların Oftalmologiya kafedrasında artıq ənənə halını aldığını xatırladan professor bildirib ki, Zərifə xanım dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, tibb sahəsində işləyənlər, xüsusilə də oftalmoloqlar üçün çox doğma, unudulmaz bir insandır. O qeyd edib ki, Z.Əliyevanın adı həm də keçmiş SSRİ-də oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alim kimi oftalmologiya elminin tarixinə düşüb.

 

Kafedra müdiri görkəmli alimin yüksək insani xüsusiyyətləri, təvazökarlığı, xeyirxahlığından da məmnunluqla söz açaraq, onun hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını söyləyib: “Zərifə xanım ilk növbədə görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi. Eyni zamanda, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük zəhmət sərf edib.

 

Çoxsaylı məqalələri, çıxışları, kitabları, elmi monoqrafiyaları həkimlərin cəmiyyətdə şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Qürurla deyə bilərik ki, 1985-ci ilin 15 aprelindən ölümsüz həyatı başlanan akademik Zərifə xanım Əliyevanın ardıcılları onun ideyalarını daim yaşadır və uğurla davam etdirirlər. Onun işıqlı xatirəsi bu gün də insanların qəlbindədir”.

 

Daha sonra oftalmologiyanın aktual problemlərinə dair maraqlı məruzələr dinlənilib və müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır