Yeni Klinikada simpozium: “Xroniki ağrı sindromlarına multidissiplinar yanaşma”
22.04.2024 11:34
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada “Xroniki ağrı sindromlarına multidissiplinar yanaşma” mövzusunda simpoziumu baş tutub.
Yeni Klinikadan Aztibb.az-a verilən məlumata görə, tibb müəssisəsinin direktoru Barat Yusubov açılış nitqi ilə çıxış edərək dövlətin səhiyyə sahəsinə verdiyi dəstək sayəsində bu gün Azərbaycanda ilk dəfə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə etdiyini vurğulayıb.
Direktor səhiyyə sektorunun inkişafı ilə bağlı atılan hər bir addımın olduqca önəmli olduğunu deyərək təşkil olunan elmi konfrans, simpozium, seminar və s. tədbirlərin həkimlər tərəfindən böyük maraqla qarşılandığını bildirib.
B.Yusubov simpoziumda təqdim edilən multidisiplinar yanaşmaların ağrının aşkarlanmasına, müxtəlif innovativ metodların tətbiqi ilə çoxşaxəli yanaşma sərgiləyəcəyinə inandığını və çıxış edən həkimlərin məruzələrinin hər kəs üçün faydalı olacağını qeyd edib.
Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov və digər həkimlərin moderatorluğu ilə baş tutan simpoziumda Yeni Klinikanın uzman alqoloqu Gülüstan Bayramova, uzman nevroloq Minarə Çərkəzzadə, uzman terapevt Gülxar Süleymanova, uzman neyrocərrah Azad Məlikov, uzman qastroenteroloq Fuad Mustafayev, uzman mama-ginekoloq Lalə Kazımova və uzman torakal cərrah Firdovsi Fərhadzadə müxtəlif mövzularda çıxış ediblər.
Üç hissədən ibarət simpozium müzakirə və sual-cavab sesiyası ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

