Səhiyyə naziri I Türk Dövlətləri Kardioloji Qurultayının açılısında çıxış edib
20.04.2024 12:09

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.


Aztibb.az-ın xəbərinə görə, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak edirlər. I Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.

 

I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılışda giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Qurulayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbul şəhərində keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək, birgə gələcəyimiz üçün möhkəm təməllərin olduğunu vurğulayıb. Təşkilat çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlardan danışarkən üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi nəzərə alınmalı mühüm amillərdir”, - deyə Teymur Musayev bildirib.

 

Onun sözlərinə görə, Qurultayda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır: “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlik faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”.

 

Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində respublikamızın suverenliyi tam bərpa olduğunu vurğulayan Teymur Musayev, azad olunan torpaqlarımızda qardaş Türk Dövlətlərinin bərpa-quruculuq işlərində aktiv şəkildə iştirak etdiklərini qeyd edib.

 

Sonda Azərbaycanın səhiyyə naziri Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif dib.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb. Onun sözlərinə görə, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.

 

ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova öz çıxışında qeyd edib ki, Qurultayın proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan plenar və bölmə iclasları, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik müzakirələr, debatlar və yeni klinik tövsiyələr daxildir.

 

Açılış mərasimində, həmçinin Türkiyənin ürək nəqli edən ilk qadın doktoru, professor Serap Aykut, Qazaxstan Respublikasının baş kardioloq, prrofessor Maxabat Bekbosınova, Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və digərləri çıxış ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır