TƏBİB-in bir qrup əməkdaşı qripə qarşı peyvənd olunub
05.11.2020 18:23

Hazırda dünyada və ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirir. Eyni zamanda, payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Koronavirus infeksiyası ilə yanaşı, həmin xəstəliklərin də mövcudluğu epidemik vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.

 

Ölkəmizdə ilk dəfə olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyi ilə birlikdə peyvənd olunacaq risk qrupları müəyyənləşdirib və vaksinasiya prosesinə başlanılıb. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri - həkimlər, orta tibb personalı, həmçinin hamilələr, 6 aylığından başlayaraq körpələr, uşaqlar və xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

 

Aztibb.az xəbər verir ki, noyabrın 5-də Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumun işçilərinin bir qrupu qripə qarşı peyvənd olunublar.

 

Tədbirdə qeyd olunub ki, Niderland Krallığında istehsal olunan İnfluVak Tetra peyvənd dördvalentlidir və inaktivasiya olunub. Həmin peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq şəkildə səhiyyə müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

 

Ölkəmizdə vaksinasiyanın tətbiqinə oktyabrın 12-dən xüsusi ayrılmış tibb müəssisələrində başlanılıb. Prosesin bir ay müddətində davam etməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub