ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib  
19.04.2024 16:36

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Hesabat-seçki yığıncağının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayan tədbirin moderatoru, ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov gündəlikdə duran məsələləri konfrans iştirakçılarının nəzərinə çatdıraraq seçki ilə bağlı vacib məqamlara toxunub və yeni seçiləcək heyətin öz fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini bildirib.

 

Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 2017-2024-cü illərdəki fəaliyyətinə dair komitənin sədri Qoşqar İsmayılovun hesabatı dinlənilib. Son 7 il ərzində komitə tərəfindən görülən işlər haqqında ətraflı məlumat verən Q.İsmayılov tədris korpuslarında, o cümlədən yataqxanalarda nizam-intizamın gücləndirilməsi istiqamətində atılan addımların, komitənin təşəbbüsü ilə təşkil olunan, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayan tədbirlərin əhəmiyyətindən danışıb. Eyni zamanda komitənin nəzdində fəaliyyət göstərən ictimai təşkilatların uğurlarını diqqətə çatdırıb.

 

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Elnarə Muradova da tədbirdə çıxış edərək II Qarabağ müharibəsində qazandığımız şanlı qələbədən, bu qələbədə gənclərimizin göstərdiyi fədakarlıqdan söhbət açıb. Bunu ilk növbədə gənclər arasında düzgün ideoloji təbliğat aparılmasının nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, bu istiqamətdə tələbə təşkilatları, eləcə də ATU THİK öz vəzifələrini layiqincə yerinə yetirib. O, təmsil etdiyi qurumun tələbə təşkilatlarına həmişə dəstək verdiyini və bundan sonra da öz köməyini əsirgəməyəcəyini deyib.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Teatr klubu”nun sədri Dilbər Əliyeva, “İntellektual oyunlar klubu”nun sədri Arzu Musayeva, II Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Aytac Şükürlü və III kurs tələbəsi Həmid Səfərli, I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Aytəkin Quliyeva çıxışlarında komitə üzvlərinin universitetin ictimai həyatında xüsusi fəallıq göstərdiklərini söyləyiblər və hesabatı qənaətbəxş qiymətləndiriblər.

 

Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, şəhidlərimizin canı və qazilərimizin gücü sayəsində xalqımızın qazandığı böyük zəfərin gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsi olduğunu xatırladıb. Bildirib ki, həm 44 günlük Vətən müharibəsi, həm də ötən ilin sentyabr ayında rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam təmin olunması ilə nəticələnib.

 

Professor G.Gəraybəyli daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin universitetimizdə müsbət istiqamətdə gördüyü işlərdən məmnunluqla söhbət açaraq, komitənin nəzdində fəaliyyət göstərən “Teatr klubu”nun peşəkar səviyyədə tamaşalar hazırladığını xüsusi vurğulayıb. Həmin tamaşaları tələbələrin, universitetin professor-müəllim heyətinin və şəxsən özünün maraqla izlədiyini söyləyən rektor, ümumilikdə komitənin fəaliyyətini müsbət qiymətləndirib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

 

Hesabat-seçki yığıncağında Qoşqar İsmayılov yenidən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. İclasda komitənin idarə heyəti və nəzarət-təftiş komissiyasının tərkibi də formalaşdırılıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev