ÜST: Hepatit B və C infeksiyaları səbəbindən hər gün 3500 insan ölür
15.04.2024 15:10

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 3500 nəfər hepatit B və C infeksiyaları səbəbindən ölür.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, ÜST-nin dərc etdiyi “2024 Qlobal Hepatit Hesabatı”nda hepatitdən ölüm hallarının artdığı bildirilib.

 

Hesabatda hər il 1,3 milyon insanın viral hepatitdən dünyasını dəyişdiyi qeyd edilərkən, hepatitin dünyada yoluxucu xəstəliklərdən ölüm hallarına görə ikinci yeri tutduğu qeyd olunub.

 

Ümumdünya Səhiyyə Təşkilatının 187 ölkədən aldığı yeni məlumatlara əsasən, viral hepatitdən ölənlərin təxmini sayı 2019-cu ildə 1,1 milyon idisə, 2022-ci ildə bu rəqəm 1,3 milyona yüksəlib: “Ölümlərin 83 faizi hepatit B, 17 faizi isə hepatit Bdən olub. Hepatit B və C infeksiyaları səbəbindən dünyada hər gün 3500 insan ölür." 

 

Hesabatda qeyd olunub ki, 2022-ci ildə 254 milyon insan hepatit B, 50 milyon insan isə hepatit C virusuna yoluxub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev