Portuqaliyada COVID-19 pandemiyası səbəbindən yüzlərlə otel bağlanacaq
05.11.2020 11:59

COVID-19 pandemiyası Portuqaliyanın mehmanxana biznesi üçün ciddi təhlükədir.

 

Aztibb.az xəbər verir ki, Portuqaliyanın “Vila Galé” mehmanxanalar şəbəkəsi cari payız-qış mövsümündə 17 otelini bağlayacaq, yalnız 10 otel fəaliyyət göstərəcək. Portuqaliyada yenidən fəaliyyətə başlayacağı tarix bilinməyən yüzlərlə otelin bağlanması planlaşdırılır.

 

Portuqaliya Mehmanxanalar, Restoranlar və Turizm Assosiasiyasının icraçı prezidenti Antoniu Konde Pintunun sözlərinə görə, bağlanan otellərin gələn ilin yayınadək yenidən açılması asan olmayacaq. Birinci rübün sonunadək bu, heç mümkün deyil.

 

Otel sahibkarları itkilərin heç olmasa bir qismini kompensasiya etmək, 2021-ci il turizm mövsümünə uğurla başlamaq üçün işdə yaranan fasilə hesabına itkiləri azaltmağa ümid edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub