Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
12.04.2024 10:31

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin tibb heyəti və Çağrı Mərkəzinin əməkdaşları 10-11 aprel 2024-cü il tarixlərində - Ramazan bayramı günlərində fasiləsiz təcili tibbi yardım xidməti göstərəcək və daxil olan bütün zənglərin qəbulunu, telefon, elektron poçt, votsap‎, facebook, instaqram və internet-çat vasitəsi ilə daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edəcəklər.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım heyətinin çağırış nömrəsi 905, Çağrı Mərkəzinin əlaqə nömrəsi (012) 404-08-08-dir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

 

Həmçinin, pediatrik briqada yeni doğulmuş körpələrin xüsusi kuveyzlə daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır.

 

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi bura müraciət edən insanların sorğularını cavablandıran, vətəndaşlara Hospitalın həkimləri və xidmətləri barəsində dolğun və ətraflı məlumatlar verən, pasiyentlərin həkimlər ilə vaxtında və çevik şəkildə əlaqə qurmasını təmin edən informasiya qovşağıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub