Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür  
17.04.2024 09:26

Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.

 

Hemofiliyanın müalicəsi yoxdur, lakin xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların kifayət qədər olmaması, ilk növbədə, hemofiliyadan əziyyət çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.

ÇOX OXUNANLAR
 Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub   
Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Xocasən qəsəbəsində tibbi aksiya keçirilib
Hövsan Tibb Mərkəzinin həkimi Adil Qubadov vəfat edib
 Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib   
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
 Azərbaycan urologiyasının tarixində ilk dəfə həkimlərimiz beynəlxalq kongres nəzdində ayrıca sessiya təşkil ediblər   
Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Naxçıvanda tanınmış həkim vəfat edib
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 Həkim və feldşerlər üçün təlim: “Onurğa və ətrafların travmaları zamanı immobilizasiya qaydaları”    
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
 Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə   
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb