Özbəkistan Dövlət Tibb Universitetinin nümayəndə heyəti Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda olub
26.05.2026 15:58

Özbəkistan Respublikasının Dövlət Tibb Universitetinin nümayəndə heyətinin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna işgüzar səfəri baş tutub.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, səfər zamanı Özbəkistan Tibb Universitetinin nümayəndəsi, dekan Cahangir Tursunov institutun rəhbərliyi və elmi işçiləri ilə görüşüb, institutun elmi və kliniki şöbələri ilə yaxından tanış olub.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor vəzifəsini müvəqqəti əvəz edən dosent Nurlana Əliyeva görüş zamanı birgə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu və Türk dilli dövlətlərlə elm sahəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

İnstitutunun Elmi işlər üzrə direktor müavini t.ü.f.d. Sevinc Rzayeva söhbət zamanı elm sahəsində elmi əməkdaşlıqdan və gələcək prespektivlərdən söhbət aparıb.

 

Sonra Özbəkistan Respublikası Dövlət Tibb Universtinin rektoru və AR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor vəzifəsini müvəqqəti əvəz edən Nurlana Əliyeva birgə əməkdaşlığa dair memorandum imzalayıblar. Əməkdaşlıq hər iki təşkilatın fəaliyyətini müxtəlif istiqamətlərini tədris, elmi araşdırmalar, kadr mübadiləsi və.s əhatə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır