Tədris Cərrahiyyə Klinikasında pilonidal sinus xəstəliyinin müasir lazer üsulu ilə müalicəsi uğurla icra olunur
26.05.2026 14:23
Tədris Cərrahiyyə Klinikasında pilonidal sinus xəstəliyinin müasir lazer üsulu ilə müalicəsi uğurla icra olunur.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, Azərbaycan Tibb Universitetinin (ATU) II cərrahi xəstəliklər kafedrasının dosenti, klinikanın ümumi cərrahı Vüqar Abbasov bildirib ki, pilonidal sinus – xalq arasında “tük dönməsi” kimi tanınan patologiya – lazer ablasiya metodu ilə kəsiksiz, ağrısız və qansız şəkildə müalicə edilir.
 
Həkimin sözlərinə görə, bu üsul zamanı heç bir tikiş və yara izi olmur. Pasiyent əməliyyatdan qısa müddət sonra aktiv həyatına qayıda bilir və əksər hallarda növbəti gün evə buraxılır. Müəyyən müddət nəzarətdə saxlanıldıqdan sonra isə tam sağalma müşahidə olunur.
 
Vüqar Abbasov qeyd edib ki, pilonidal sinus kifayət qədər geniş yayılmış patologiyadır. Lakin bir çox insanlar xəstəliyin fərqində olmurlar. Çünki iltihablaşma baş vermədiyi hallarda xəstəlik oma-büzdüm nahiyəsində xırda dəliklər şəklində özünü göstərə bilər və uzun müddət narahatlıq yaratmaya bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır