Agentlik əməkdaşları "Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı" adlı beynəlxalq konfransda iştirak ediblər
08.04.2024 15:56
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və departamentin əməkdaşları "Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı" adlı beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
 
Agentlikdən Aztibb.az-a verilən məlumata görə, 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr olunan tədbir AR Səhiyyə Nazirliyinin dəstəyi və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) təşkilatçılığı ilə keçirilib.
 
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və digər rəsmi qonaqların da qatıldığı tədbirdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov, Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin rektoru, professor Bülent Zulfikar, Rusiya Federasiyası Milli Hematologiya Tədqiqat Mərkəzi Hemostaz bölmə rəhbəri, professor Nadejda Zozulya, Rusiya Federasiyası Seçenov adına Moskva Tibb İnstitutu Klinik transfuziologiya kafedrasının müdiri, professor Əliheydər Rəhimov məruzələrlə çıxış ediblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub