63 yaşlı pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurla əməliyyat olunub
06.04.2024 14:47
Respublika Neyrocərrahiyyə Xəstəxanasına başında olan şiddətli ağrı, gicəllənmə və halsızlıq şikayətləri ilə müraciət edən 63 yaşlı qadın pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, 63 yaşlı pasiyent uzun müddətdir davam edən baş ağrıları, gicəllənmə, halsızlıq və bunlara bağlı olaraq nitqində çətinləşmə, sağtərəfli əl və ayaqda zəiflik şikayətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edib. MRT müayinəsinə əsasən sol gicgah təpə paylarında extraaxial törəmə (meningioma) aşkar edilib.
 
Pasiyent Rövşən Bağırov və Şəhriyar Səlimli tərəfindən uğurlu əməliyyat olunaraq (şiş total xaric olunub) nevroloji defisitsiz, nitqin tam bərpası, sağtərəfli əl və ayaqda olan zəifliyin yaxşılaşması ilə evə yazılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub