Səhiyyə naziri Teymur Musayev BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb
04.04.2024 11:50

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalva ilə görüş keçirilib.

 
Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir.

Nazir, həmçinin Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sferasında da səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir”.

Teymur Musayev mart ayında Azərbaycanın paytaxtında XI Qlobal Bakı Forumunun keçirildiyini xatırladıb. Qeyd edib ki, Bakı Forumu çərçivəsində Azərbaycan Prezidenti BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayneri qəbul edib. Görüş zamanı dövlət başçısı Akim Ştayneri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Dövlət başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirib.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli münasibətlərin gələcək dinamik inkişafına ümid etdiyini ifadə edib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü deyib.

Alessandra Rokkasalva Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində Azərbaycanla BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev