“Uşaqlarda inhalyasiya terapiyası” mövzusunda maarifləndirici təlim keçirilib
04.04.2024 09:30
Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq “Uşaqlarda inhalyasiya terapiyası” mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.
 
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Şahnaz Zamanlı mövzu ilə əlaqəli təqdimatla çıxış edib. O, təlim zamanı uşaqlarda tənəffüs yollarının xüsusiyyətləri, inhalyasiya terapiyasının üstünlükləri, inhalyasiya terapiyasında dərmanların verilmə qaydası və müasir tibbdə inhalyasiya terapiyasında istifadə olunan cihazlar barədə ətraflı məlumat verib.
 
Şahnaz Zamanlı təlimin sonunda tələbələri maraqlandıran sualları cavablandırıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev