Xəstə qızının bağışladığı qaraciyərin sağ payı ilə yenidən həyata bağlandı
04.04.2024 14:33
Xəstə 5 gün əvvəl qızının bağışladığı qaraciyərin sağ payı ilə yenidən həyata bağlanıb.
 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.

Həkim bildirib ki, ciddi portal vena trombozu (Yerdel klassifikasiyası Grade 3), eyni zamanda sirrozun yaratdığı ciddi ağırlaşmaları olan xəstənin əməliyyat zamanı portal venası tam açılaraq normal qan axını bərpa edilib:
 
"Əməliyyatdan 4 gün sonra donoru evə göndərdik, hər şey yolunda gedərsə yaxın günlərdə xəstəni də evə göndərməyi planlaşdırırıq".
 
Tariyel Nadirov əməliyyatda əziyyəti olanlara təşəkkür edib.
 
Qeyd edək ki, portal vena trombozu qaraciyər köçürülməsi əməliyyatlarının ən sıxıntılı tərəfidir. (Sirrozlu xəstələrin 25-30 % də portal vena trombozu rastlanır).
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev