MOM ilə Rusiyanın “Sankt-Peterburq İxtisaslaşdırılmış Tibbi Yardım Növlərinin (onkoloji) Klinik Elmi-Praktiki Mərkəzi” arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb
03.04.2024 10:37

Rusiya Federasiyası Sankt-Peterburq Şəhər Administrasiyasının Bakı şəhərinə səfəri çərçivəsində Dövlət Büdcə Səhiyyə Müəssisəsi N.P. Napalkov adına “Sankt-Peterburq İxtisaslaşdırılmış Tibbi Yardım Növlərinin (onkoloji) Klinik Elmi-Praktiki Mərkəzi”nin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının Əməkdar həkimi professor Vladimir Moiseyenko və mərkəzin Patologiya şöbəsinin rəhbəri professor Kseniya Şelexova Milli Onkologiya Mərkəzində (MOM) olublar.

 

Bu məlumat Aztibb.az-a MOM-dan verilib.

 

Sankt-Peterburqdan gələn nümayəndə heyəti Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə görüşüblər.

 

Görüş zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi ilə Dövlət Büdcə Səhiyyə Müəssisəsi N.P. Napalkov adına “Sankt-Peterburq İxtisaslaşdırılmış Tibbi Yardım Növlərinin (onkoloji) Klinik Elmi-Praktiki Mərkəzi” arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb. Əməkdaşlığın məqsədi hər iki mərkəz arasında elmi-tədqiqat proqramlarının və elmi işlərin aparılması, təcrübə mübadiləsi, birgə elmi layihələrin işlənib hazırlanmasıdır. İmzalanma mərasimindən sonra qonaqlar Milli Onkologiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar. Mərkəzin mütəxəssisləri və qonaqların birgə iştirakı ilə xəstə müayinələri aparılıb.

 

Daha sonra hər iki mərkəzin mütəxəssislərinin bədxassəli şişlərin diaqnostika və müalicəsinə aid mövzularda çıxışları dinlənilib. Çıxışlardan sonra mütəxəssislər arasında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev